İnvestorlar üçün məlumatlı qərarlar qəbul etmək və investisiyalarını istiqamətləndirmək üçün Messari və Dove Metrics kriptovalyuta sənayesinə diqqət yetirən Fond Raising Hesabatını dərc edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kriptovalyuta bazarında uzun müddət davam edən eniş trendinin təsirlərini geridə qoyaraq, bu sektora addım atan startapların sayı artmağa davam edir. Bu yaxınlarda açıqlanan hesabat göstərir ki, 2022-ci ilin birinci yarısında layihələr və startaplar 30,3 milyard dollar investisiya cəlb edib.





Yayımlanan hesabatda qeyd edilir ki, kripto layihələri və startaplar bu il 1199 investisiya raundundan 30,3 milyard dollar sərmayə əldə ediblər və CeFi birinci yarıda 10,2 milyard dollardan çox gəlirlə DeFi-ni keçib. İlin ilk 6 ayında DeFi layihələri 1,8 milyard dollar toplaya bilsə də, Web3 və NFT layihələri ilə əlaqəli şirkətlər 8,6 milyard dollar toplayıb. DeFi-nin ən böyük ayı bir sıra DeFi şirkətlərinin 624 milyon dollar topladığı iyun idi. Getdikcə populyarlaşan CeFi ən çox vəsaiti yanvarda, Web3-NFT sektoru isə apreldə toplayıb.


Messari tərəfindən dərc edilən hesabatda adı çəkilən investorlar arasında "FTX", "Mechanism Capital", "Pantera Capital", "Sequoia Capital", "Gumi Cryptos", "Dragonfly Capital", "Slow Ventures" və "Seven" kimi şirkətlər var.