Şirkət ölkədə qazlı içkilərin istehsalını 46% azaldıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısının nəticələrinə görə, "Coca-Cola Hellenic Bottling Company" (Coca-Cola HBC) Rusiyada içkilərinin satışının dayandırılmasından dəyən zərəri 190 milyon avro (195,4 milyon dollar) qiymətləndirib.

"Coca-Cola" eyni zamanda bu ilin ilk altı ayında xalis mənfəətinin azaldığını bildirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% azalaraq 153 milyon avro təşkil edib.