Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 59,149 milyon manata yüksəlib.

Facemark.azAPA-Economics”ə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
Belə ki, ötən ilin yanvar-iyul aylarında tibbi sığorta üzrə 56,557 milyon manat sığorta haqqı toplanılmışdı.


Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 50,845 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 32,3% çoxdur. 2021-ci ilin yeddi ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 38,422 milyon manat olmuşdu.


Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 26,5% artırıb. Belə ki, ötən ilin yanvar-iyul aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 67,9 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 86 manata yüksəlib.