Dünyanın ən böyük kriptobirjası olan Binance həftənin əvvəlin etdiyi açıqlama ilə müştərilərinin USD Coin (USDC), Pax Dollar (USDP) ve True USD (TUSD) aktivlərini özünün sabit pul vahidi (stablecoin) olan BUSD-ə çevirəcəyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə 29 sentyabr həyata keçiriləcək bu addımın əsas məqsədi "istifadəçilər üçün likvidliyi və kapitalın səmərəliliyini artırmaq"dır. "Binance"in qərarı nəticəsində USDC, USDP və TUSD ilə spot, fyuçers və marja ticarəti də silinəcək.
Şirkət tərəfindən paylaşılan yazıya görə, USDC, USDDP və TUSD pullarını pulqabılarından çıxarmaq istəyən istifadəçilərə təsir etməyəcək. İstifadəçilər USDC, USDT ve TUSD cinsinden olan aktivlərini BUSD hesab balansına 1:1 nisbətində geri ala biləcəklər.