Facemark.az Nazpəri Həsənovanın "Rəqəmsal marketinqin ən böyük kanalı" haqqında yazısını təqdim edir!


XXI əsrin ən aktual satış kanallarını özündə birləşdirən və hər kəsin dilinin əzbərinə çevrilən bir ifadə var - Rəqəmsal marketinq. Axı bu rəqəmsal marketinq nədir? Niyə bütün markalar bura müraciət edirlər?


İlk olaraq rəqəmsal marketinqin nə olduğunu təhlil edək. Rəqəmsal marketinq ( digital marketing) — marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsulu və ya xidməti internet vasitəsilə tanıtmaqdır. Bununla yanaşı, müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək və istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Bəli, bütün bu qeyd edilənlər rəqəmsal marketinqin kanalları hesab edilir. Qeyd edək ki, rəqəmsal marketinqin ən böyük kanallarından biri elə hər birimizin aktiv istifadə etdiyi sosial şəbəkələrdir. Bunlara Facebook, instaqram, Linkedn kimi şəbəkələr daxildir. Hər bir sosial şəbəkənin özünün işləmə alqoritması bir-birinə bənzəsə də, istifadəçiyə çıxış məqsədi fərqlənir. Yəni Tik-Tok sosial şəbəkəsi əyləncə xarakteri daşıdığı halda LinkedIn əksinə iş dünyasına, iş adamlarına, iş axtaran şəxslərə və ya işçi axtaran müəssələrə xitab edir.


Bu qeyd edilən sosial şəbəkələr tək fiziki şəxslər üçün önəmli yerə malik deyil, eyni zamanda da hüquqi şəxslərə, yəni böyük və kiçik markalar, kiçik və ya orta bizneslə məşğul olan sahibkarlar üçün də önəmli yerə malikdir.


Bu yazımda isə mən siz oxuculara niyə böyük markalar İnstaqram sosial şəbəkəsini seçir ondan danışacam.


Günümüzdə demək olar bütün markalar İnstaqramın yaratdığı fürsətlərdən istifadə edərək öz satışlarını artırır. Buna görə də İnstaqram onlar üçün “müqəddəs” platforma hesab edilir.


İnstaqramı digər platformalardan fərqləndirən bir neçə özəlliyini təhlil edək. Belə ki, 2021-ci ilin stsatistikalarına əsasən qeyd edə bilərik ki,


  • Hər ay 1 milyarddan çox istifadəçi qəbul edir,
  • Hər ay 2 milyondan çox reklam verən qəbul edir,
  • Platformadakı istifadəçilərin ən azı 80%-i bir biznes hesabı izləyir.
  • İnflunserlərin 59 %-i buradan daha çox geri dönüş aldığını düşünür,
  • Hər gün 60% istifadəçi burada zaman keçirir.

Bütün bu statistikalar böyük markaların niyə İnstaqram sosial şəbəkəsini seçdiyini qiyabidə olsa, açıqlayır.


Bəs markaların İnstaqramı əsas tutmasının digər önəmli səbəbləri nədir?


  • Cəlbedici və ödənişsiz vizuallar paylaşmaq üçün əlverişli olması.
  • İnstaqram tamamilə vizual platformadır. Onun pulsuz istifadəyə verilməsi foto və postlarınızın asanlıqla paylaşılmasında sizə kömək edir.
  • İnstaqramhekayələri orta hesabla istifadəçilərin gündəlik olaraq tətbiqdə keçirdiyi vaxtın 7-10 dəqiqə artmasına səbəb olur.
  • İnstaqram hər hansı bir reklam kompaniyası üçün ən yüksək geri dönüş ala bilən platformadır.

Bütün bunlar bizə əminliklə deməyimizə əsas verir ki, rəqəmsal marketinqin əsas kanallarından biri olan sosial şəbəkələrin içərisində İnstaqram böyük markaların əvəzolunmaz “müqəddəs rəqəmsal satış maşınıdır”.