"Mastercard" "Hi" platforması ilə əməkdaşlıq edərək dünyanın ilk NFT çaplı debet kartın istehsal etməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kart kriptovalyuta ödənişləri üçün də istifadə edilə bilər. Dəyişməz tokenlərin, yəni NFT-lərin artan populyarlığı ilə bu sahədə brendlər tərəfindən edilən təşəbbüslərin sayı da artır. Rəqəmsal sənət əsərlərinin yayılması güclü ekosistem yaratmaqla dünya sənayesini formalaşdırır. Bu sahədə ən son vəziyyət məşhur maliyyə şirkəti Mastercard-dan gəldi.


NFT-lər kart üzərinə daşına biləcək. Web3 texnologiyalarına böyük maraq göstərən "Mastercard" bu sahədəki təşəbbüslərini davam etdirir. Məşhur maliyyə şirkəti "Hi" platforması ilə əməkdaşlıq edərək dünyanın ilk NFT çaplı debet kartını istehsal etməyi planlaşdırır. "Hi" platforması tərəfindən istifadəçilərə paylanacaq kartda kart sahiblərinə məxsus NFT nəşri olacaq.


Dünya üzrə 90 milyondan çox nöqtədə ödənişlər üçün istifadə edilə bilən NFT kartları stabilkoinlər və kriptovalyutalar vasitəsilə ödənişləri də həyata keçirməyə imkan verəcək.