FED ölkənin altı ən böyük bankının iqlimlə bağlı maliyyə risklərini ölçmək və idarə etmək qabiliyyətini təkmilləşdirmək üçün gələn il pilot iqlim ssenarisi təhlili işində iştirak edəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkənin 6 ən böyük bankı nəzarətçilərin və firmaların iqlimlə bağlı maliyyə risklərini ölçmək və idarə etmək bacarıqlarını təkmilləşdirmək üçün hazırlanmış pilot iqlim ssenarisi təhlili tədqiqatında iştirak edəcək. Eyni zamanda pilot araşdırmanın 2023-cü ilin əvvəlində başlayacağı və ilin sonuna qədər yekunlaşdırılmasının gözlənildiyi, iqlim ssenarisi analizinin bank stress testlərindən ayrı və fərqli olacağı qeyd edilib. .