ABŞ-ın Alabama əyalətindəki McDonalds restoranında bir qadın içdiyi qəhvəyə kimyəvi maddələrin qatıldığını və kömək istəyəndə işçilərin kömək etmədiyini iddia edərək 13 milyon dollarlıq iddia qaldırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Floridalı Sherry Head sentyabrın 19-da ABŞ-ın Alabama ştatındakı McDonalds filialına gedib. Kofe sifariş edib içməyə başlayıb. İndiyə qədər baş verənlər realdır, digərləri isə Sherry Head-in iddialarıdır.
Qəhvəsini içdikdən sonra qadının boğazı yanmağa başlayıb və o, McDonalds işçilərindən ona kömək etməyi və 911-ə zəng etməyi xahiş edib. Qadının sözlərinə görə, McDonalds əməkdaşları 911-ə bilərəkdən zəng etməyiblər.
Nəticədə Head 3 milyon dollar tələb edir.