"Binance" CEO-su CZ, dünyanın ən böyük kriptovalyuta birjası "Binance"nin sındırıldığını və təxminən 100 milyon dollar zərər gördüyünü açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Binance" CEO-su Changpeng “CZ” Zhao da Tvitterdə bir şərh paylaşaraq, "Binance" istifadəçilərinin narahat olmamalı olduqlarını, hesablarının təhlükəsiz olduğunu və bu hackin "Binance"ə təsirinin təxminən 100 milyon dollar dəyərində olduğunu bildirib. Eyni zamanda, oğurlanmış məbləğin təxminən 7 milyon dollara bərabər olan bir hissəsinin dondurulduğunu da qeyd edib.
"Bloomberg"in hesabatına görə, bu il kripto aktivlərin yaşadığı ümumi itki 2 trilyon dollar səviyyəsindədir.