Kriptovalyuta bazarında son bir həftə ərzində qiymətlərin düşməsinə təsir edən əsas faktorlar Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsinin artırılması ilə bağlı çıxan xəbərlərdir.
Bu barədə Facemark.az "Report"a istinadən xəbər verir.
Ekspert Elnur Quliyev bildirib ki, ABŞ-da işsizlik səviyyəsinin artması müşahidə olunur, istehlak qiymətlərinin artması davam edir və bu da məcbur edir ki, FED gələcəkdə dolları daha da gücləndirsin.
"Güclənən dollar paralel olaraq təkcə kriptovalyuta bazarına təsir etməyib, hətta qızıl, neft və fond indeksinin, aktivlərinin enməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, ABŞ dollar indeksi artıqca bitcoinin qiymətinə təsir edir. Bitkoinin qiyməti düşdükcə digər altkoinlərin qiymətinə təsir edir. Hesab edirəm ki, yaxın aylarda bitkoinin qiyməti 17 min -16,2 min ABŞ dolları aralığına düşdüyünü görə bilərik”, - E.Quliyev qeyd edib.