Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 75 baza bəndi artırmaqla 1.25%-dən 2.00%-ə çatdırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Frankfurtda toplanan 25 üzvdən ibarət Avropa Mərkəzi Bankının pul siyasəti komitəsi artan istehlak qiymətlərinin qarşısını almaq üçün radikal faiz addımları atmağa davam edib.


2005-2007-ci illər arasında faiz artımı dövründə bu müddət 18 ay, 1999-2000-ci illərdə isə 17 ay davam etmişdir.



Bütün dünya üzrə mərkəzi banklar inflyasiyanı cilovlamaq üçün biznes və istehlakçılar üçün kredit xərclərini artıran faiz dərəcələrini sürətlə artırırlar.


İqtisadçılar ABŞ-da və 19 üzvlü Avrozonada istehlakçıların alıcılıq qabiliyyətini aşağı salan inflyasiya səbəbindən tənəzzülü proqnozlaşdırırlar.