Fransada 2023-cü ilin mart ayından şirkətlərə həftə sonları və iş günləri günorta saatlarında müştərilərə telefonla zəng etmək qadağan edilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qərara əsasən, şirkətlər yalnız bazar ertəsindən cümə gününə qədər saat 10:00-dan 13:00-dək və 14:00-dan 20:00-dək vətəndaşlara zəng edə biləcəklər. Şirkətlərin müştərilərə telefonla zəng etmək cəhdləri də məhdudlaşdırılacaq.


Dünyada həftənin istənilən vaxtında və həftə sonu promosyon məhsulları üçün çağırılmaqdan narahat olan insanların sayı artır. Bir çox insanlar lazımsız və ya davamlı zənglərdən isə şikayətlənir.