"Trendyol" elektron ticarət platforması Astanada Qazaxıstanın "Big Way KZ Logistics" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, müqavilənin məqsədi Qazaxıstan və Türkiyə istehsalçıları arasında elektron ticarəti inkişaf etdirməkdir.
"Trendyol" bu yaxınlarda Səudiyyə Ərəbistanının pərakəndə satış şirkəti "Fawaz Alhokair Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, şirkət Türkiyədə istehsal olunan məhsulları Səudiyyə Ərəbistanı bazarındakı müştərilərə çatdıracaq.