Texnologiya şirkətləri bir-birinin ardınca itkilərini açıqlayarkən, yüksəlişdə olan "Apple"ın bazar dəyəri rəqiblərinin bazar dəyərini iki qat artırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2 trilyon 307 milyard dollara çatan "Apple"ın bazar dəyəri digər texnologiya nəhəngləri "Alphabet", "Amazon" və "Meta" bazar dəyərini üstələyib. Çünki "Alphabet" çərşənbəni 1 trilyon 126 milyard dollar, "Amazon" təxminən 940 milyard dollar və "Meta" 240 milyard dollarla bağlayıb.
Üçüncü rübün balans hesabatından sonra "Apple"ın səhmləri 8%, "Meta"nın səhmləri 20%, "Amazon"un 10% və "Google"un səhmləri tək rəqəmli azalma qeydə alıb. Bu inkişaflar "Apple"ı, "Meta"dan təxminən 10 qat daha dəyərli etsə də, üç şirkətin yaşadığı dəyər itkisi rəqəmsal reklam sənayesinə tələbin azalması kimi şərh edilib.