Apple şirkətinin baş direktoru Tim Kukun 2023-cü ildə nə qədər pul qazandığı açıqlanıb.


acemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple-ın paylaşdığı məlumatlara görə, Tim Kuk keçən il 63 milyon 209 min 845 dollar qazanıb. Apple-ın bu mövzuda hədəf rəqəmi 49 milyon dollar idi. Paylaşılan məlumatlar, Kukun nəzərdə tutulandan 28 faiz çox qazandığını ortaya çıxarıb. İllik qazanc təxminən 36 faiz azalıb.


Tim Cook-un qazancı:
Əmək haqqı: 3 milyon dollar
Birja mükafatları: 46 milyon 970 min 283 dollar
Qeyri-səhmli təşviq qazancı: 10 milyon 713 min 450 dollar
Digər qazanclar: 2 milyon 526 min 112 dollar