Google-un mühəndislik, Google Asistan və aparat departamentlərindən təxminən 1000 işçi işdən çıxarılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “The Verge”də çıxan xəbərə görə, ixtisarların tam olaraq neçə nəfərin təsirləndiyi açıqlanmır. Məlumata əsasən, təxminən 1000 nəfər işdən çıxarılıb.


Google sözcüsü Mencini, bəzi Google komandalarının daha səmərəli və daha yaxşı işləmək üçün dəyişikliklər etdiyini, bəzi komandaların isə bəzi rolların aradan qaldırılmasını əhatə edən qlobal miqyasda belə təşkilati dəyişikliklər etməyə davam etdiyini bildirib.