Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Alman lüks avtomobil istehsalçısı Porsche noyabr ayında keçirdiyi tədbirdə 2024 model Panamera-nı təqdim etdi. Yeni nəsil Panamera əvvəlki modellərdən qat-qat güclü idi və bəzi dizayn dəyişiklikləri ilə fərqlənirdi. Maşının qiyməti çox yüksəkdir. Bu gün şirkət 2024 Panamera üçün yeni mühərrik variantlarını açıqladı.


2024 model Porsche Panamera dizayn xüsusiyyətlərinə görə əvvəlki nəslə bənzəyir . Bununla belə, daha yüksək mühərrik gücü ilə daha çox soyutma tələb olunduğu üçün avtomobilin ön barmaqlığında bəzi dəyişikliklər edilib. Bundan əlavə, matrix LED faralar artıq standart olaraq təklif olunacaq. Dizaynerlər ön bamperin ümumi görünüşünü böyük ölçüdə qoruyub saxlasalar da, xırda toxunuşları da diqqətdən kənarda qoymayıblar.