Fransa hökumətinin sözçüsü Olivier Veran, "mavi tik" üçün ödəniş tələb olunarsa, "Twitter"ə ödəniş etməyəcəyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Veran France 3" kanalında verdiyi açıqlamada "Twitter"in mühüm bir ünsiyyət vasitəsi olduğunu, lakin "mavi tik" nişanı üçün pul ödəmək niyyətində olmadığını bildirib. "Onları hesabımın ödənilməli olduğunu düşünürlərsə, təsdiqini ləğv etməyə dəvət edirəm" deyib. Fransa hökumətinin sözçüsü, "Twitter"in yeni sahibi Elon Muskı "narahat ambisiyaları olan biri" kimi təsvir edib.