Avtomobil sənayesi üçün həllərin tədarükçüsü – Almaniyanın “Robert Bosch GmbH” şirkəti biznesin rəqəmsallaşmasına 10 milyard avro investisiya edəcək.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu vəsaitin 2/3 hissəsi dayanıqlı inkişaf, mobillik və müasir sənaye sahəsində texnologiyaların hazırlanmasına sərf olunacaq.


“Bosch” həm də “Business Machines Corp.” şirkəti ilə kvant kompüter hesablamaları sferasında əməkdaşlıq barədə müqavilə imzalayıb. Bu əməkdaşlığın məqsədi müxtəlif yeni materialların qiymətləndirmə modelinin qurulması üçün kvant hesablamalından istifadədir.


Xatırladaq ki, şirkət özünün yarımkeçirici məhsullar istehsal edən bölməsinə 2026-cı ilə kimi 3 milyard avro həcmində yatırım etmək niyyətindədir.