Dünyanın ən böyük kriptovalyutası olan "Binance", ticarət həcminə görə üçüncü ən böyük kriptovalyuta birjası olan "FTX"i almağı dayandırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,institusional qiymətləndirmə, eləcə də "ABŞ"da sui-istifadə edilən müştəri vəsaitləri ilə bağlı son xəbərlər və araşdırma iddiaları nəticəsində mümkün "FTX" əldə etmə prosesini davam etdirməməyə qərar verdiyi bildirilib.


"Bizim ilk ümidimiz FTX müştərilərinə likvidlik təmin etməkdə kömək etmək idi, lakin məsələlər bizim nəzarətimizdən və ya kömək etmək imkanımızdan kənardadır", bəyanatda deyilir.