"ABŞ"da yerləşən e-ticarət şirkəti "Amazon" bu həftə kütləvi işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik ilə “Amazon” qlobal işçi qüvvəsinin 3 faizinə bərabər olan 10 min insanı işdən çıxarmağa hazırlaşır. Hesabatda ixtisarların süni intellektlə işləyən virtual köməkçi "Alexa" kimi məhsulların daxil olduğu insan resursları, pərakəndə satış və qurğular departamentindən olacağı və bu həftə başlaması gözlənilir.