"Google" tərəfindən təşkil edilən "Google Premier Partner Awards"da Türkiyənin "SEM" şirkəti, "Brand Awareness" kateqoriyasının qalibi olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 360 dərəcə rəqəmsal marketinq və məlumatların təhlili sahələrində brendlərə məsləhət xidmətləri göstərən agentlik, keçən il "Google Premier Partner Awards"da "Online Satış" kateqoriyasında mükafatlandırılıb. "Google Partner Awards"da iki il ardıcıl mükafat alan "SEM Türkiyə" baş direktoru İhsan Ceyhan Solak, “Bu il Dublində finala çıxan Avropanın ən yaxşı agentlikləri ilə əla bir gecə keçirdik. İkinci dəfə Avropanın ən yaxşı agentliyi seçildik və brend marketinq sahəsində nə qədər yaxşı olduğumuz bir daha bu mükafatla qeydə alınıb.” bildirib.