Son zamanlar gündəmdən düşməyən "Tesla CEO"su Elon Musk bu dəfə iddiası ilə gündəmə gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Tesla"nın səhmdarı Richard Tornetta, Muska qarşı 56 milyard dollarlıq iddiada, Muskın "Tesla"nın part-time "CEO"su olduğunu və kifayət qədər diqqət etmədiyini müdafiə edib. Şirkət hədəflərinə çatdığı təqdirdə Muska müvəffəqiyyəti qarşılığında 56 milyard dollar dəyərində səhm verildiyini iddia edən Tornetta, ödənilən 56 milyard dolların ləğv edilərək şirkətə qaytarılması lazım olduğunu açıqlayıb.