Şirkətin yanaşması ciddi şəkildə tənqid olunub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu istiqamətdə addımlarını artıran şirkət, Texasda quracağı "Direct Air Capture" qurğusu tərəfindən tutulan və parçalanan karbon miqdarına görə prosesi dəstəkləyən şirkətlərə və şəxslərə sertifikat və ballar verəcək. "Occidental"ın yanaşması bir çox şirkətlərin istifadə etdiyi “karbon sıfırlama” metodundan çox da fərqlənmir. Çünki məlum olduğu kimi, sıfır karbon hədəfi ilə addımlar atan bir çox şirkət yalnız ekoloji layihələrə maliyyə dəstəyi verir. Ekoloji layihəni dəstəklədiyini və ya ödəniş müqabilində müəyyən sayda ağac əkdiyini bəyan edən şirkətlərin əksəriyyəti karbon emissiyalarını azaltmağı seçmir. Əksinə, çirkləndirməyə davam edərkən karbon emissiyalarını sıfıra endirdiklərini iddia edirlər