Kriptovalyuta komissiyası "Genesis", müştərilərinə pul çıxarılmasını dayandırdığını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kriptovalyuta birjası "FTX"in iflasından sonra borc vermə qolundan pul çəkməyi dayandıran şirkət, dəyişkən bazar şəraitində riskləri idarə etmək və biznes strategiyalarını həyata keçirmək üçün müştərilərinə dəstək verdiyini ifadə edib. "Genesis" rəsmi twitter hesabından mövzu ilə bağlı açıqlama verib: “FTX xəbərləri səbəbiylə keçən həftənin nə qədər çətin olduğunun fərqindəyik. "Genesis"də biz bütün diqqətimizi müştərilərimizə xidmət etməyə və bu çətin bazar mühitində getmək üçün əlimizdən gələni etməyə yönəlmişik."
Kriptovalyuta ana şirkəti "Digital Currency Group", "Genesis" üçün 140 milyon dollar kapital toplamaq üçün addım atacağını açıqlayıb.