Bank kreditləri üçün göstərici 1 illik əsas faiz dərəcəsi 3,65 faiz səviyyəsində sabit saxlanılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Çin Xalq Bankı" bazar gözləntilərinə uyğun olaraq 1 illik kredit əsas faiz dərəcəsini 3,65 faiz, 5 illik faiz dərəcəsini isə 4,30 faiz səviyyəsində saxlayıb. "MUFG Bank"ın maliyyə bazarları üzrə baş analitiki Marko Sun öz qiymətləndirməsində bildirib ki, "Çin Xalq Bankı" yaxın bir neçə ay ərzində 5 illik "LPR"ni 10,15 baza bəndi azaldacaq.


"ANZ"nin Çin üzrə strateqi Xing Zhaopeng, "5 illik LPR-nin daşınmaz əmlak bazarındakı daralmanı aradan qaldırmaq üçün dekabr ayında 5 baza bəndi aşağı salınması ehtimalı var" deyib.