Alman hava yolu şirkəti "Lufthansa", "Covid-19" böhranından sonra böyüməyə diqqət yetirərək, 20 min yeni işçini işə götürmək üçün bir kampaniya başlatdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Almaniya daxilində 45-dən çox sahədə 20.000 yeni işçinin işə qəbulu üçün kampaniyanın başladığı bildirilib. Yeni işə qəbul olunanlar Hamburqdakı texnologiya mərkəzində, həmçinin Frankfurt, Münhen, Sürix, Vyana və Brüssel şəhərlərində olacaqlar. Alman hava yolu şirkəti "Lufthansa"nın yeni işə qəbul planının şirkətin "Covid-19" böhranında işdən çıxarılmasından sonra gəlməsi diqqət çəkib.


Şirkət həmçinin sentyabr ayında yeni təyyarələr də daxil olmaqla avadanlıq və informasiya texnologiyalarına milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.