Venesuelada "ABŞ"ın sanksiyalarının yumşaldılması qərarından sonra neft nəhəngi "Chevron" ilə Venesuela neftinin çıxarılması üçün müqavilə imzalandığı açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Venesuelanın neft naziri Tareck El Aissami, "Twitter" hesabında etdiyi paylaşımda "Chevron"un Venesuela prezidenti Xavier La Rosa ilə "uğurlu işgüzar görüş" keçirdiyini və şirkətin 2023-cü ildə ölkədə 100 illik yubileyini qeyd edəcəyini qeyd edib. Oktyabr ayında ölkənin gündə 717 min barrel neft hasil etdiyini xatırladan Aissami bunun hökumət olaraq hədəflərinin çox altında olduğunu və razılaşmadan sonra ilin sonunda gündəlik 2 milyon barel neftə çatmaq istədiklərini bildirib.


Bildirilib ki, "ABŞ Maliyyə Nazirliyi" sazişə dəstək olaraq neft nəhəngi "Chevron"a Venesuela neftinin çıxarılmasına məhdud icazə verib.