İsveçin pərakəndə geyim şirkəti "H&M" 1500 işçisini işdən çıxaracağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "H&M"dən verilən açıqlamada şirkətin xərcləri azaltmaq və səmərəliliyi daha da artırmaq üçün sentyabr ayında qlobal proqrama start verdiyi xatırladılıb. Sözügedən proqramın inzibati və ümumi xərclərlə bağlı olduğu bildirilən açıqlamada proqram həmçinin işçi qüvvəsinin təxminən 1500 vəzifə ixtisarını tələb edir.