Maskın uzun iş saatları çağırışından sonra "Twitter"də istefa dalğası var.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sosial media şirkəti "Twitter"in yeni sahibi Elon Maskın işçilərini uzun iş saatlarına hazırlaşmağa və ya istefaya getməyə çağırmasından sonra çoxlu sayda insanın istefaya getdiyi bildirilir. Texnologiya xəbərləri edən Verge internet saytı, Maskın e-poçtundan sonra "Twitter"də daxili mesajlaşma üçün istifadə edilən "Slack" kanalında bir çox istefa mesajının paylaşıldığını iddia edib. Şirkət işçilərindən biri olan Satanjeev Banerjee adlı mühəndis “Və mən də 12 ildən sonra Twitterdən ayrıldım” yazısını paylaşıb.