"Covid-19" qapanmalarının sona çatması, bağlanmalar zamanı sürətlə böyüyən oyun sənayesinə mənfi təsir göstərsə də, Nintendonun yeni oyunları üç gündə 10 milyon ədəd sataraq rekord qırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Sony"nin yeni oyunu isə bir həftə ərzində 5,1 milyon ədəd satılıb. Yapon oyun şirkəti "Nintendo"nun 18 Noyabrda xüsusi olaraq "Switch" üçün çıxardığı yeni "Pokemon Scarlet" və "Pokemon Violet" oyunları ilk 3 gündə cəmi 10 milyon ədəd satılıb. Şirkətdən verilən açıqlamada bu rəqəmin rekord olduğu bildirilib. Oyunların satış qiyməti 60 dollardır ki, bu da 600 milyon dollar gəlir əldə etmək deməkdir.