Alman biotexnoloji firması "BioNTech", Sinqapurda Asiyadakı ilk istehsal müəssisəsini aldığını elan edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Novartis"in İsveçrədəki törəmə müəssisəsindən alınan qurğunun Asiya-Sakit Okean bölgəsində potensial "mRNT" əsaslı vaksinlərin istehsalını dəstəkləyəcəyi bildirilib. Bəyanatda alışın maliyyə detalları açıqlanmayıb. Alman şirkətinin Sinqapurdakı obyektinin 2023-cü ilə qədər tam istifadəyə verilməsi və 100 iş yerinin yaradılması gözlənilir.