Artım çərçivəsində aylıq abunə 64,99 TL, illik abunə isə 649,90 TL olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu yeni qiymətlər 8 dekabr 2022-ci il tarixindən etibarən üzv olacaq istifadəçilər üçün keçərli olacaq. Bu tarixdən əvvəl qeydiyyatdan keçmiş üzvlər cari planlarını ləğv etmədikcə və ya dəyişiklik etmədikcə, hesablarında heç bir dəyişiklik görməyəcəklər.


"Disney+" çətiri altında "Marvel", "Disney", "Star Wars", "Pixar" və "National Geographic" nəşriyyatlarının məzmununu təqdim edən şirkət yerli orijinal istehsalları ilə Türkiyədə də tamaşaçıların marağına səbəb olub.