ABŞ Müdafiə Nazirliyi Google, Oracle, Microsoft və Amazon ilə 9 milyard dollarlıq bulud hesablama şəbəkəsi müqaviləsi imzalayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Pentaqonun müasir döyüş əməliyyatlarının əsasını təşkil edəcəyi düşünülən layihə, pilotsuz uçuş aparatları və peyk rabitə sistemlərindən də böyük fayda əldə edəcək. "The Joint Warfighter Cloud Capability" adlanan bu layihə bütün dünyada Amerika əsgərlərinə məxfi məlumatlar əldə etmək imkanı vermək üçün hazırlanır.


Mütəxəssislər texnologiya nəhənglərinin Pentaqonun müştərisi olması üçün prestij mənbəyinin nə qədər vacib olduğunu qeyd edirlər.