Rusiyadakı L'Occitane markasının adı dəyişdiriləcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Fransanın L'Occitane parfümeriya və kosmetika şəbəkəsinin mağazaları yenidən adını "SoBeautiful" olaraq dəyişəcək.
Mütəxəssislər hesab edirlər ki, satış məntəqələrinin növbəti adlarının dəyişdirilməsi əvvəlki brendlə bağlı olmayacağından, sadiq müştərilərin 15%-nin itirilməsinə səbəb ola bilər.Mütəxəssislər əlavə edir ki, bu halda müştəri loyallığını qorumaq üçün pərakəndə satıcı marketinq və reklama böyük sərmayə qoymalı olacaq.