Dünya Bankı Pakistanın daşqından zərər çəkmiş Sind əyalətində 5 layihə üçün 1,69 milyard dollar maliyyə dəstəyi verilməsi qərarını təsdiqləyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünya bankının dəstəkləyəcəyi layihələr arasında reabilitasiya, yeni evlərin tikintisi, istehsalın bərpası, ana və uşaqlara sağlamlıq xidmətləri daxildir.
Dünya Bankının Pakistan üzrə Direktoru Najy Benhassine bu il Sind əyalətinin daşqınlardan ən çox zərər çəkdiyini bildirib və maliyyə dəstəyinin Pakistana daşqınlarla mübarizə səylərini gücləndirmək, institutları və idarəetmə strukturlarını islahat etmək üçün imkan yaratdığını vurğulayıb.