Spotify-ın iOS tətbiqini HealthKit-ə inteqrasiya edəcək yeni funksiya üzərində işlədiyi bildirilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu inteqrasiya Spotify-a istifadəçiyə hər gün nə qədər məşq etdikləri, yandırılan kalorilər və s. kimi məlumatları əldə etməyə kömək edəcək.


Bu əməkdaşlıqla istifadəçilər sağlamlıq məlumatlarına əsaslanan məşq pleylistlərinə sahib ola biləcəklər.