İlk kriptovalyuta fyuçers ETF-ləri Honq-Konqda istifadəyə verilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-da siyahıya alınmış kriptovalyuta fyuçerslərini izləyən iki birja fondu (ETF) Honq Konq birjasında ilk buraxılışından əvvəl cəmi 73,6 milyon dollar toplayıb.
CSOP Asset Management tərəfindən idarə olunan ETF-lər, hazırda Honq Konq Qiymətli Kağızlar və Fyuçers Komissiyası (SFC) tərəfindən icazə verilən yeganə kripto aktivləri olan ABŞ-da CME birjasında siyahıya alınmış bitcoin BTCZ2 və eter (ETH) fyuçerslərinə investisiya qoyur.