"Coca-Cola", "Coca-Cola Company" şirkətinə məxsus "The Coca-Cola Beverages" Pakistan Limited (CCBPL) şirkətinin səhmlərinin alınması ilə bağlı müqavilə imzaladığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "CCI International Holland" sözügedən şirkətin 49,67 faiz "Atlantic Industries" səhmlərini almaq üçün 300 milyon dollar ödəyəcək.