Qeyri-müəyyənlik atmosferi "Tesla"ya üstünlük verən müştərilərin markadan üz döndərərək ikinci əl avtomobillər almasına səbəb olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ"da iyul ayında orta hesabla 67 min 297 dollar olan ikinci əl "Tesla"nın orta qiyməti noyabr ayına qədər yüzdə 17 azalaraq 55 min 754 dollara düşüb. Eyni dövrdə bütün ikinci əl bazarında qiymətlərdə azalma olduğu, lakin bu azalmanın orta hesabla 4 faiz ətrafında olduğu vurğulanıb.