Ən böyük beynəlxalq şirkətlər işçilərini kütləvi şəkildə ixtisar etməyə başlayıblar. Onların arasında "Amazon", "McDonald's", "Vimeo" və "Twitter" var.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, belə ki, "Amazon" 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb. Bu, şirkətin bütün heyətinin ən azı 6%-ni təşkil edəcək. "Vimeo" videoservisi işçilərinin 11%-ni ixtisar edəcək. Eyni zamanda, 2022-ci ilin iyul ayında xidmət artıq işçilərin təxminən 6%-ni ixtisar edib. Şirkət bu yolla iqtisadi yavaşlama şəraitində öz maliyyə vəziyyətini yaxşılaşdırmağa ümid edir.
Şirkətin baş direktoru bildirib ki, McDonald's da 2023-cü ildə işçilərini ixtisar etməyi planlaşdırır.