ABŞ-da iqlim dəyişikliyi ilə bağlı aparılan yeni bir araşdırmada okean suyunun temperaturunun 2022-ci ildə rekord səviyyəyə çatdığı açıqlanıb. Tədqiqata görə, okeanların istiləşməsi və ekstremal hava şəraitinə təsirlər xalis sıfır emissiyaya çatana qədər artmağa davam edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı aparılan araşdırmaya görə, 2022-ci ildə okeanların temperaturu dünya üzrə ən yüksək səviyyəyə çatıb. Tədqiqata görə, okeanların istiləşməsi və ekstremal hava şəraitinə təsirləri bəşəriyyət xalis sıfır emissiya səviyyəsinə çatana qədər artacaq.


Ümumdünya Meteorologiya Təşkilatı oktyabr ayında bütün əsas istixana qazlarının atmosferdəki konsentrasiyasının rekord səviyyəyə çatdığını bildirmişdi.