Apple səhmdarlarının tənqidindən sonra Tim Kukun tələbi ilə Apple şirkətin baş direktorunun maaşından 40 faizdən çox ixtisar etməyi planlaşdırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumata görə Kukun maaşı 35 milyon dollar azalaraq 84 milyon dollardan 49 milyon dollara düşəcək.


"Forbes"ə görə, Tim Kukun şəxsi sərvəti hazırda təxminən 1,7 milyard dollardır.