Facemark.az B2B haqqında araşdırma yazını təqdim edir!


B2B - İngiliscə "Business to Business” termini “Biznesdən biznesə” kimi tərcümə olunur. Bu, şirkətlər arası ticarət, marketinq və satış üçün verilən qısa addır. Bu, bir şirkətin məhsul və xidmətlərinin başqa firmaya satıldığı anlamına gəlir.


Reklam agentlikləri B2B üçün mükəmməl bir nümunədir. Reklam agentlikləri müştərisi olduqları şirkətin tələblərinə uyğun olaraq yaradıcı dizaynları istehsal edir və bu dizaynların həyata keçirilməsini təmin edir. Öz məhsulunu başqa bir şirkətə satır.


B2B satışı bütün satışların 70%-dən çoxunu təşkil edir. B2B marketinqdə satış komandası əsas rol oynayır. Burda satış menecerindən daha çox bacarıqlar, satış texnikalarını bilmək tələb olunur. Buraya potensial müştərilərin düzgün seçilməsi, “soyuq telefon zəngi” bacarığı, görüş “almaq” bacarığı, təqdimat bacarığı və s. daxildir. B2B satışda potensial müştəriləri müəyyən etmək daha asandır. Çünki şirkətlər, təşkilatlar haqda məlumat bazası daha sistemli şəkildə mövcud olur, daha əlçatan olur.


B2B marketinqdə satış komandası əsas rol oynayır. Burda satış menecerindən daha çox bacarıqlar, satış texnikalarını bilmək tələb olunur. Buraya potensial müştərilərin düzgün seçilməsi, “soyuq telefon zəngi” bacarığı, görüş “almaq” bacarığı, təqdimat bacarığı və s. daxildir.