Facemark.az xarici mənbəyə istinadən demarketinq haqqında araşdırma yazını təqdim edir!


Filip Kotler və Sidney Fili tərəfindən ortaya atılan “Demarketing” bir şirkətin məhsul istehlakını azaltma cəhdləri olaraq adlandırıla bilər. Webster lüğətində marketinq “Az miqdarda tədarük olunan məhsula tələbi azaltmaq üçün reklamdan istifadə etmək” deyə qeyd olunub. Qısaca, istehlakçıların müəyyən məhsula olan tələbatını azaltmaq üçün görülən tədbirlər toplusuna “Demarketing” deyilir.


Demarketinq nümunələri


Demarketinqi bir nümunə ilə açıqlayaq. “TATA” firması istehlakçıların “TATA Nano” almağına mane olmaq üçün müxtəlif tədbirlər görmüşdür. “TATA Nano”ya tələb həddən çox olduğu üçün şirkət məhsulun tanıdılmasını dayandırıb, digər məhsulların reklamını etməyə başladı.


“Ferrari”, “Birkin Çanta” və bəzi otellər məhsul və xidmət tədarükündə o qədər çox şərt irəli sürür ki, bu da demarketinqə çox gözəl nümunədir.


Daha aydın şəkildə izah etsək, marketinqdə müştəri arxasınca qaçan müəssisə olduğu halda, demarketinqdə müştəridən qaçan rolunu oynayır.