Kriptovalyuta birjası "Coinbase" qlobal xərclərini azaltmaq üçün ötən həftələrdə elan etdiyi daha bir addımı həyata keçirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, birja Yaponiyada fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət bloq yazısında bildirib ki, "Coinbase"in Yaponiyadakı müştəriləri fevralın 16-dək kriptovalyutalarını və depozitlərini geri ala biləcəklər.


Bildirilir ki, qalan kripto aktivlər Yapon yeninə çevriləcək.