"Coca-Cola" Hindistan bazarına smartfonlar çıxarır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, jurnalist Mukul Sharmanın dünən Tvitterdə paylaşdığı paylaşım sosial mediada kifayət qədər səs-küyə səbəb olub. Hindistan bazarına təqdim edilməsi planlaşdırılan yeni smartfonlar "Coca-Cola"nın smartfon brendi ilə əməkdaşlığı nəticəsində hazırlanıb. Brendin adı hələ açıqlanmasa da, Sharmanın postunun Realme modellərinə bənzədiyi bildirilir.


"Coca-Cola"nın loqosu olan dizaynda şirkətin simvolik qırmızı rəngindən də istifadə edildiyi görünür. Telefonun texniki göstəriciləri isə hələ açıqlanmayıb.