Tesla 2022-ci ilin 4-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada məşhur milyarder İlon Maskın şirkəti Teslanın hələ də Bitcoin-i balansında saxlamağa davam etdiyi görülüb.


İlk dəfə 2021-ci ilin ilk rübündə 1,5 milyard dollar dəyərində 43 200 Bitcoin aldığını açıqlayan Tesla, 2022-ci ildə ümumi Bitcoin aktivlərinin 75 faizini satıb.


Satışının səbəbi kimi Çindən qaynaqlanan istehsal xərclərinin artımını göstərən Tesla, hələ də 2022-ci ilin sonu etibarilə balansında 184 milyon dollar dəyərində 9.720 bitkoin saxlamağa davam edir.