Elektrikli avtomobil istehsalçısı Tesla 2022-ci ilin son rübü üçün maliyyə vəziyyəti hesabatını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Maskın rəhbərliyi altında şirkət son üç ayda 24,3 milyard dollar qazanıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Eyni zamanda, son rübdə Teslanın xalis mənfəəti 59 faiz artaraq 2,8 milyard dollar olub. Bu məlumatlar Teslanın hələ də güclü sənayedə olduğunu göstərir.
Tesla, 2022-ci ildə ümumi gəlirinin 81,5 milyard dollara çatdığını açıqladı. Bu rəqəmin 14,1 milyard dolları xalis mənfəət kimi qeydə alınıb. Keçən il ərzində 1 milyon 313 min 851 avtomobil təslim etdiyini açıqlayan Tesla, tədarük sayının yüzdə 40, istehsal sayının isə yüzdə 47 artdığını bildirib.