"Virgin" şirkətinin təsisçisi Riçard Brenson "LinkedIn" işgüzar sosial şəbəkəsində yeni rekord təyin edib; onun abunəçilərinin sayı 1 milyonu ötüb və "LinkedIn" işgüzar sosial şəbəkəsində ən nüfuzlu insan elan edilib. Bu "LinkedIn Influencer"dir. Onun ən yaxın izləyicisi ABŞ prezidenti Barak Obamadır. "Bizim məlumatlarımıza əsasən, Brenson hər kəs arasında populyardır" – "LinkedIn"in bloqunda sosial şəbəkənin baş redaktoru Deniel Rof yazıb. "Brensonun yalnız Antarktika qitəsində izləyicisi yoxdur".

Xatırladaq ki, "LinkedIn" sosial şəbəkənin 187 milyon istifadəçisi arasında daha populyar və trendlərə təsir edən istifadəçilər qrupunu seçmək üçün nəzərdə tutulmuş "Influencer" proqramını təxminən 1,5 ay bundan əvvəl istifadəyə verib.